Sumqayıtdakı partlayışda atasını itirən iki uşağın anası da ağır vəziyyətdədir - Təcili qan lazımdır

Sumqayıtdakı partlayışda atasını itirən iki uşağın anası da ağır vəziyyətdədir - Təcili qan lazımdır backend

Sentyabrın 29-da Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində mənzildə baş verən partlayış nəticəsində yanıq xəsarətləri alan  1982-ci il təvəllüdlü Əliyeva Səbinə Talıb qızının təcili mənfi resurslu 1-ci qan qrupuna ehtiyacı var.

Qaziler.az bildirir ki, mənzildə baş verən partlayış nəticəsində yanıq xəsarətləri alaraq ağır vəziyyətdə  xəstəxanaya yerləşdirilən 1978-ci il təvəllüdlü  Vitalik Əliyev bir neçə gündən sonra xəstəxanada vəfat edib. Onunla bərabər yanıq xəsarətləri alan həyat yoldaşı Əliyeva Səbinə Talıb qızının təcili mənfi rezuslu 1-ci qan qrupuna ehtiyacı var. Qan ehtiyatları qurtarıb. 

İki azyaşlı uşağın hər iki valideyndən məhrum olmaması üçün kömək edək. 

Ailə yardımsevər şəxslərdən həyatda qalmaq mücadiləsi verən iki uşaq anasına kömək olmağı xahiş edir. 

Kömək etmək istəyənlər bu telefonla əlaqə saxlaya bilər: 070- 863-31-69

https://qaziler.az/news/country/147046-sumqayitdaki-partlayisda-xesaret-alan-er-arvadin-komeye-ehtiyaci-var

https://qaziler.az/news/hadise/147319-sumqayitdaki-partlayisda-yaniq-xesaretleri-alan-sexs-vefat-etdi

QAZİLER.AZ

Diaspora