Sumqayıtdakı partlayışda xəsarət alan ər-arvadın köməyə ehtiyacı var - FOTO

Sumqayıtdakı partlayışda xəsarət alan ər-arvadın köməyə ehtiyacı var - FOTO backend

Sentyabrın 29-da Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində mənzildə baş verən partlayış nəticəsində yanıq xəsarətləri alan 1978-ci il təvəllüdlü Əliyev Vitalik Qalyeviç və 1982-ci il təvəllüdlü Əliyeva Səbinə Talıb qızının köməyimizə ehtiyacı var.

Qaziler.az-a daxil olan məlumata görə, partlayış zamanı yanıq xəsarətləri alan  ər-arvadın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Maddi vəziyyətləri aşağı olan ailənin sağalmaq üçün xeyirxah insanların köməyinə ehtiyacı var. Bununla bağlı ailənin yaxınları paylaşım edərək, yan keçməməyi, gücü yetən köməkliyi göstərməyi xahiş ediblər.

Xatırladaq ki, partlayış hadisəsi evdə aparılan təmir işləri zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Ailənin 5-ci və 2-ci sinifdə oxuyan iki övladı var. 

QAZİLER.AZ maddi köməyin edilməyi üçün paylaşılan kartı təqdim edir. Yaralıların durumu ilə yaxından maraqlanmaq istəyənlər bu nömrəylə əlaqə saxlaya bilərlər: 070 863-31-69

Diaspora