Sumqayıtdakı partlayışda yanıq xəsarətləri alan şəxs vəfat etdi

Sumqayıtdakı partlayışda yanıq xəsarətləri alan şəxs vəfat etdi backend

Sentyabrın 29-da evdə təmir zamanı baş verən partlayışda ciddi yanıq xəsarətləri alan Vitalik Əliyev müalicə aldığı xəstəxanada vəfat edib.

Bu barədə Qaziler.az-a məlumat verən V.Əliyevin ailəsinə yaxın şəxs bildirib ki, onun vəziyyəti əvvəlcədən ümidverici deyildi, bədəninin çox hissəsi yanmışdı.

Onun həyat yoldaşı Səbinə Əliyevanın vəziyyəti kafi qiymətləndirilir.

Xatırladaq ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində mənzildə baş verən partlayış nəticəsində yanıq xəsarətləri alan 1978-ci il təvəllüdlü Əliyev Vitalik Qalyeviç və 1982-ci il təvəllüdlü Əliyeva Səbinə Talıb qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

QAZİLER.AZ

 

Diaspora