Niderlandda hakimiyyət orqanlarının müharibə dövründəki fəaliyyəti üzrə ilk təlimlər 2027-ci ildə keçiriləcək.
Qaziler.az xəbər verir ki, bu barədə “Algemeen Dagblad” qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“Təsəvvür edək ki, ölkəmizdə genişmiqyaslı münaqişə başlayıb. Belə bir vəziyyətdə hökumət hansı qərarları qəbul etməli olacaq?” - deyə müdafiə naziri Dilan Yeşilgöz-Zegerius sual edib.
Hökumət minlərlə hərbçinin ölkənin müxtəlif məntəqələri arasında daşınmasının təşkili kimi logistik məsələləri məşq etməli olacaq.
Manevrlərdə təkcə Nazirlər Kabineti deyil, həm də krallıq parlamentinin aşağı palatası olan Nümayəndələr Palatası iştirak edəcək. Bu, ölkənin bütün siyasi sisteminin ekstremal böhran vəziyyətlərində fəaliyyətə hazırlığını kompleks şəkildə qiymətləndirməyə imkan verəcək.
Xatırladaq ki, noyabr ayında Niderland kraliçası Maksima hərbi hazırlığı başa vurduqdan sonra quru qoşunlarının podpolkovniki rütbəsi ilə ehtiyatda olan zabit statusu alıb.
QAZİLER.AZ

