Niderland Kraliçası Maksima hərbi hazırlığı başa vurduqdan sonra quru qoşunlarının polkovnik-leytenant rütbəsinə yüksələn və ehtiyatda olan zabit olub.
Qaziler.az xəbər verir ki, bu barədə Kral Evindən məlumat verilib.
Bildirilib ki, Maksima qərargah zabiti qismində xidmət edəcək.
"Niderland Kraliçası Maksima quru qoşunlarının komandanı general-leytenant Yan Svillensə and içib. Ona quru qoşunlarının polkovnik-leytenantı rütbəsi verilib", - deyə məlumatda bildirilib.
Mərasim Breda şəhərindəki hərbi akademiyada baş tutub.
İlin əvvəlində Niderland Kraliçası Maksimanın tezliklə krallığın silahlı qüvvələrinin ehtiyatda olan hərbçisi kimi hərbi xidmətə başlayacağı bildirilmişdi. Niderland Müdafiə Nazirliyi kral ailəsinin üzvünün hərbi xidmətdə iştirakının hərbi karyeralara və ehtiyat xidmətə marağı artıracağına ümid etdiyini bildirib.
QAZİLER.AZ

