Zaxarova Kuşnerin bəyanatını təkzib etdi

Zaxarova Kuşnerin bəyanatını təkzib etdi backend

“Ukrayna üzrə danışıqların növbəti raundunda avropalıların iştirakı mövzusu Moskvadakı görüşdə qaldırılmayıb”.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

"Rusiya XİN-ə məlum olduğu qədər, Moskvada keçirilən danışıqların gedişində bu mövzu müzakirə olunmayıb", - deyə məlumatda bildirilib.

XİN-dən qeyd ediblər ki, Kuşner "X" sosial şəbəkəsindəki səhifəsində hər iki tərəfin danışıqların növbəti raundunu genişləndirmək və ora avropalı tərəfdaşları daxil etmək barədə razılığa gəldiyini yazıb.

Bundan əvvəl Almaniya Kansleri Fridrix Merts avropalıların iştirakı ilə Ukrayna üzrə predmetli sülh danışıqlarının yaxın həftələrdə baş tutacağını bəyan etmişdi. Merts Almaniyanı gələcək danışıqların mütləq iştirakçısı adlandırıb. O, həmçinin Əbu-Dabidəki danışıqlarda olan avropalıların da bu görüşlərdə iştirak edəcəyini ehtimal edib.

Qeyd edək ki, 2026-cı il noyabrın 10 və 11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar baş tutub. Tərəflər danışıqlar masası arxasında dörd saatdan çox vaxt keçiriblər.

QAZİLER.AZ