Kuşner Əbu-Dabidəki gizli danışıqlardan yazdı: Avropalılar prosesə cəlb olunur - VİDEO

Kuşner Əbu-Dabidəki gizli danışıqlardan yazdı: Avropalılar prosesə cəlb olunur - VİDEO backend

ABŞ prezidentinin xüsusi elçisi Cared Kuşner Ukrayna üzrə Əbu-Dabidə keçirilən danışıqların ətraflı və səmimi keçdiyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə o, özünün "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

"Müzakirələr ciddi, ətraflı və səmimi oldu. Hər iki ölkə fikir ayrılıqlarını azaltmağa və müharibəyə son qoymaq üçün yol tapmağa yönəlmiş konkret ideyalar təqdim etdi", - deyə Kuşnerin paylaşımında qeyd olunub.

Bundan qısa müddət əvvəl o məlumat vermişdi ki, noyabrın 12-də Stiv Uitkoff ilə birlikdə Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya yollanacaq. Onun sözlərinə görə, bu görüşün məqsədlərindən biri də Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların çoxtərəfli format qazanması üçün avropalıların prosesə cəlb edilməsi məsələsini hazırlamaqdır.

Qeyd edək ki, noyabrın 10-u və 11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında münaqişənin nizamlanmasına dair üçtərəfli danışıqlar keçirilib. İki gün ərzində tərəflər Ukraynanın təhlükəsizlik təminatlarını, ərazi məsələlərini və yeni təhlükəsizlik arxitekturasının qurulmasını müzakirə ediblər.

QAZİLER.AZ