İspaniyada qatar qəzasına görə etirazlar: Nazirin istefası tələb olunur - VİDEO

İspaniyada qatar qəzasına görə etirazlar: Nazirin istefası tələb olunur - VİDEO backend

Madriddə mindən çox insan Urda şəhərində baş vermiş dəmir yolu qəzasından sonra İspaniyanın nəqliyyat naziri Oskar Puentenin istefası tələbi ilə etiraz aksiyasına çıxıb.

Qaziler.az xəbər verir ki, bu barədə "ABC" nəşri məlumat yayıb.

Aksiya Nəqliyyat Nazirliyinin Paseo-de-la-Kastelyanadakı binasının qarşısında baş tutub. İştirakçılar arasında "Falunq" (Falange) daxil olmaqla ifrat sağçı təşkilatların nümayəndələri, həmçinin "Vox" partiyasının tərəfdarları olub.

Etirazın bir mərhələsində iştirakçılar polis əməkdaşlarına tərəf fişənglər və müxtəlif əşyalar atmağa başlayıblar. Polis cavab olaraq gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib, bundan sonra kütlə dağılışıb. Toqquşmalar zamanı küçədəki zibil qutularına və bir park edilmiş avtomobilə ziyan dəyib.

Xatırladaq ki, etiraza Toledo yaxınlığında iki sürət qatarının toqquşması səbəb olub. Eyni hadisə bu gün Kataloniyada maşinistlərin tətilinə də yol açıb.

QAZİLER.AZ