Nobel Sülh Mükafatı sahibini tapdı, amma problem var

Nobel Sülh Mükafatı sahibini tapdı, amma problem var backend

Nobel Komitəsi Sülh Mükafatı laureatı, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının sabiq sədri Navanethem Pillaya zəng etsə də, əlaqə saxlaya bilməyib.

Qaziler.az "The Guardian" qəzetinə istinadla xəbər verir ki, bu barədə təşkilatın nümayəndəsi Yorgen Vatne Fridnes məlumat verib.

"Əgər sizə Norveç nömrəsindən zəng gəlsə, xahiş edirəm, cavab verin", — deyə Fridnes Pilləyə müraciət edib.

Təşkilatın təmsilçisi qeyd edib ki, yaxın zamanlarda Nobel laureatı ilə danışmaq imkanını səbirsizliklə gözləyir.

Daha əvvəl Nobel Komitəsindən dəqiqləşdirildiyi kimi, Pillay bu mükafatı beynəlxalq hüququn möhkəmləndirilməsi və sülhə töhfə verilməsi istiqamətindəki səylərinə görə alıb.

Qeyd edək ki, 2026-cı ildə Nobel İnstitutu sülh mükafatı üçün 287 namizəd qeydiyyata alıb ki, onlardan 208-i fərdi şəxs, 79-u isə təşkilatdır.

QAZİLER.AZ