Nobel Sülh Mükafatına namizədlərin ADLARI açıqlandı - SİYAHI

Nobel Sülh Mükafatına namizədlərin ADLARI açıqlandı - SİYAHI backend

Norveç Nobel İnstitutu 2026-cı il Nobel Sülh Mükafatı üçün 287 namizəd qeydiyyata alıb ki, onlardan 208-i fərdi şəxs, 79-u isə təşkilatdır.

Qaziler.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Time" qəzeti məlumat yayıb.

Sudanın Fövqəladə Hallara Cavab Mərkəzləri Nobel Sülh Mükafatına əsas iddialılardan biridir. Yerli əhalinin dəstəyi ilə fəaliyyət göstərən bu xeyriyyə təşkilatı tibbi yardım, qida təminatı, təhsil və insanların mühafizəsi sahəsində xidmətlər göstərir.

Ekspertlər həmçinin hesab edirlər ki, Nobel mükafatını qlobal əməkdaşlığın qurulması istiqamətində fəal səylər göstərən Roma Papası XIV Leo ala bilər. O, Qəzza zolağı və Ukrayna da daxil olmaqla, münaqişə zonalarında dəfələrlə sülhə çağırış edib.

Namizədlər arasında ukraynalılar da təmsil olunub. Onlardan biri "Ukraynanı Xilas Et" (Save Ukraine) təşkilatının həmtəsisçisi Nikolay Kulebadır. Onun təşkilatı əsasən Rusiya ilə münaqişə zamanı itkin düşmüş ukraynalı uşaqların axtarışı ilə məşğul olur.

Digər ehtimal olunan namizəd kimi isə Yuliya Navalnayanın adı çəkilir. Onun mükafatı qazanmaq şansı 5% olaraq qiymətləndirilir.

QAZİLER.AZ