Fransadakı etiraz dalğası Belçikaya keçdi

Fransadakı etiraz dalğası Belçikaya keçdi backend

Fransadakı etirazlar Belçikaya da yayılıb.

Qaziler.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazır.

Nəşrin qeyd etdiyinə görə, iğtişaşlar Belçikanın Lyej şəhərində başlayıb. Yerli KİV-lər bu ay keçirilən tələbə etirazları ilə əlaqədar 200-dən çox insanın həbs olunduğunu bildirib.

Materialda deyilir ki, hakimiyyət orqanları oktyabrın 16-dək üç nəfərdən çox şəxsin iştirakı ilə ictimai toplaşmalara qadağa qoyub.

"The Guardian"ın məlumatına görə, etirazlar paytaxt Brüsselə də yayılıb. Qeyd olunur ki, nümayişçilər təhsil sahəsindəki islahatlara və təhsil haqlarının artırılmasına qarşı çıxış edirlər.

Xatırladaq ki, bundan əvvəl şagirdlərin davam edən etirazları səbəbindən bütün Fransa boyu 375 liseyin fəaliyyətinin tam və ya qismən pozulduğu bildirilirmişdi. Etirazlar başlayandan bəri 215 məktəbli, 700-dən çox hüquq-mühafizə orqanı əməkdaşı və yüzə yaxın təhsil işçisi xəsarət alıb.

QAZİLER.AZ