Şagirdlərin davam edən etiraz aksiyaları səbəbindən Fransa daxilində 375 liseyin fəaliyyəti tam və ya qismən pozulub.
Qaziler.az xəbər verir ki, bu barədə "Franceinfo" radiosu respublikanın Təhsil Nazirliyinin məlumatlarına istinadən xəbər verib.
Xüsusilə, 8 oktyabr səhər saatlarına olan məlumata görə, 224 lisey tamamilə bağlanıb. Daha 151 liseyin isə fəaliyyətini qismən bərpa edə bildiyi qeyd olunur.
Nazirliyin məlumatına görə, bu göstəricilər 7 oktyabr ilə müqayisədə 30% azdır və ümumilikdə Fransa üzrə liseylərin 94%-i 8 oktyabr səhəri tam və ya qismən açıla bilib.
Fransada təhsil şəraitindən narazı olan yuxarı sinif şagirdlərinin küçə etirazları davam edir. Oktyabrın 6-da keçirilən nümayişlərə 450 min insan qatılıb ki, onların da 100 mini Parisdə olub. Bir həftə ərzində 715 polis əməkdaşı və 215 tələbə xəsarət alıb.
QAZİLER.AZ

