Türkiyədə Manisanın Turqutlu rayonundakı liseyə silahlı hücum edən şəxsin 2011-ci il təvəllüdlü (15 yaş), 9-cu sinif şagirdi Halil Orhan olduğu müəyyən edilib.
Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, Halil Orhan artıq saxlanılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, liseyə silahlı hücumun səbəbi terror aktı deyil. Belə ki, Halil Orhan hadisədən bir gün əvvəl aralarında düşmən münasibətdə olduqları tələbələrlə dalaşıb. Daha sonra şübhəli şəxs qız məsələsi üzündən mübahisəsi və düşmənçiliyi olan şəxsləri hədəf alıb.
Hadisədən əvvəl şübhəli şəxsin təhlükəsizlik kamerasına yansıyan görüntüləri də ortaya çıxıb. Bir iş yerindəki təhlükəsizlik kamerası tərəfindən çəkilən görüntülərdə şübhəlinin əlində ov tüfəngi ilə küçədən keçdiyi, silahını yoxladığı və çox rahat bir şəkildə yoluna davam etdiyi müşahidə olunur.
Qeyd edək ki, hadisə zamanı 1 şagird ölüb, 2-sinin vəziyyəti ağır olmaqla 8 nəfər yaralanıb.
QAZİLER.AZ

