Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı hücum olub. Hadisə nəticəsində 1 şagird ölüb.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə Turqutlu rayon bələdiyyəsinin sədri Çetin Akın məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində daha 4 nəfər yaralanıb.
İlkin məlumata görə, hələ ki kimliyi məlum olmayan şəxs liseyin qarşısında ətrafa atəş açmağa başlayıb.
Hadisəni törədən şəxsin axtarışları davam edir.
Əraziyə çoxlu sayda polis və təcili tibbi yardım xidməti cəlb olunub.

