Rusiyanın Dneprə (Ukrayna) endirdiyi zərbə nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb.
Qaziler.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja teleqram kanalında məlumat verib.
"Rusiyanın Dneprə endirdiyi zərbə nəticəsində artıq 21 nəfər yaralanıb. Beş nəfərin vəziyyəti ağırdır - onlar 22, 33, 54, 58 və 59 yaşlı kişilərdir", - Qanja bildirib.
Daha əvvəl verilən məlumata görə, Rusiya qoşunları Dneprə ehtimal ki, ballistik raketlə zərbə endirib. Zərbə nəticəsində özəl müəssisəyə ziyan dəyib. Son məlumatlara görə, ölənlərin sayı (4 nəfər) dəyişməyib.



