Rusiya Ukraynanın yanacaqdoldurma məntəqələrinə HÜCUM EDİB

Rusiya Ukraynanın yanacaqdoldurma məntəqələrinə  HÜCUM EDİB backend

Ukraynanın Çerniqov vilayətinin Novqorod-Severski şəhərində Rusiya qoşunlarının yanacaqdoldurma (YDM) məntəqəsinə hücumu nəticəsində 34 yaşlı işçi qəlpə xəsarətləri alıb.

Qaziler.az xəbər verir ki, bu barədə Çerniqov Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus sosial şəbəkələrdə məlumat verib.

O qeyd edib ki, axşam saatlarında "Gerbera" tipli PUA-nın zərbəsi nəticəsində fərdi yaşayış evlərinə və bir yük avtomobilinə də ziyan dəyib. Bildirilib ki, son 24 saat ərzində Rusiya qoşunları Çerniqov vilayətini 21 dəfə atəşə tutub.

Poltava vilayətində isə Rusiya ordusu Poltava rayonundakı YDM-ə dronla hücum edib, hadisə nəticəsində bir nəfərin yaralandığı məlumdur. Poltava Xüsusi Hərbi Əməliyyatlar Bölməsinin rəisi Vitali Dyakovniç sosial şəbəkədə bildirib ki, Rusiyaya məxsus digər bir dron isə Mirqorod rayonundakı müəssisələrdən birinin ərazisinə düşüb.

Bununla yanaşı, iyunun 29-da Rusiya qoşunları Dnepr şəhərinə ballistik raketlərlə zərbə endirib. İlkin məlumatlara görə, özəl müəssisələrdən birinə ciddi ziyan dəyib. Bu barədə Dnepropetrovsk Xüsusi Əməliyyatlar Bölməsinin rəisi Aleksandr Qanja məlumat yayıb.

"Hələlik həlak olanlar və ya yaralananlar barədə məlumat yoxdur. Monitorinq aparan "Telegram" kanallarının məlumatına görə, Rusiya qoşunları ballistik raketi Rostov vilayətindən atıblar", - deyə o qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, ötən sutka ərzində cəbhədə 249 toqquşma baş verib. Rusiya qoşunları 1 raket zərbəsi endirib və 80 aviasiya zərbəsi icra edərək Ukrayna mövqelərinə 235 idarəolunan aviasiya bombası atıb.

QAZİLER.AZ