Niyə Cənubi Koreya KXDR əsirlərini Ukraynadan almaq istəyir?

Niyə Cənubi Koreya KXDR əsirlərini Ukraynadan almaq istəyir? backend

Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun Koreya Tədqiqatları Mərkəzinin aparıcı elmi işçisi, tarix elmləri namizədi Konstantin Asmolov Cənubi Koreyanın Ukraynadakı şimali koreyalı hərbi əsirləri təhvil almaq istədiyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə o, "Lenta.ru" ilə söhbətində deyib.

Şərqşünasın sözlərinə görə, Ukraynadakı şimali koreyalı hərbi əsirlər Seulun təbliğat (propaqanda) strategiyası baxımından çox vacibdir.

"Hər hansı bir əsgərin, məmurun və ya başqa birinin hansısa dəhşət içində yaşadığını anlayaraq qaçması ilə bağlı hər hekayə böyük media və təbliğat əhəmiyyətinə malikdir", — deyə Asmolov qeyd edib.

Qeyd edək ki, Cənubi Koreya Rusiyanın tərəfində vuruşan və Ukrayna tərəfindən əsir götürülən bütün Şimali Koreya əsgərlərini, öz istəkləri olduqları təqdirdə, qəbul etməyə hazır olduğunu bəyan edib.

QAZİLER.AZ