Cənubi Koreya Ukraynadakı KXDR əsgərlərini qəbul etməyə hazırdır

Cənubi Koreya Ukraynadakı KXDR əsgərlərini qəbul etməyə hazırdır backend

Cənubi Koreya Rusiyanın tərəfində vuruşan və Ukrayna tərəfindən əsir götürülən bütün Şimali Koreya əsgərlərini, öz istəkləri olduqları təqdirdə, qəbul etməyə hazır olduğunu bəyan edib.

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreya Xarici İşlər Nazirliyi yayıb.

Nazirlik KXDR vətəndaşlarının öz iradələrinə zidd olaraq Rusiya və ya Şimali Koreyaya məcburi şəkildə qaytarılmasına (repatriasiyasına) qəti şəkildə qarşı çıxır. Bəyanatda vurğulanır ki, hərbi əsirlərin taleyi ilə bağlı qərar yalnız könüllülük prinsipi əsasında qəbul edilməlidir. Cənubi Koreya konstitusiyasına görə, bütün Koreya yarımadası ölkənin suveren ərazisi sayıldığından, Şimali Koreya sakinləri də Cənubi Koreya vətəndaşı hesab olunurlar.

Bu məsələ ilə bağlı Cənubi Koreya və Ukrayna xarici işlər nazirləri arasında rəsmi danışıqların iyunun 30-da Seulda keçirilməsi planlaşdırılıb.

QAZİLER.AZ