Rusiya Prezidenti Vladimir Putin öz müəllimi Vera Qureviçlə daim ünsiyyətdədir.
Qaziler.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, dövlət başçısı pedaqoqa qarşı çox səmimi münasibət bəsləyir.
"Prezident öz ilk müəlliminə qarşı çox səmimi münasibət bəsləyir. Onlar daim ünsiyyətdədirlər. Lakin, təbii ki, bu qədər vaxt ayırmaq nadir hallarda mümkün olur", — deyə Kremlin nümayəndəsi qeyd edib.
Qureviç 10 oktyabr 1933-cü ildə Leninqradda müəllim ailəsində anadan olub. 1958-ci ildə o, Hertsen adına Leninqrad Pedaqoji İnstitutunun xarici dillər fakültəsini bitirib və 193 nömrəli məktəbdə alman dili müəllimi kimi fəaliyyətə başlayıb. Məhz orada o, Putinin sinif rəhbəri olub.
QAZİLER.AZ



