Putinin zirehli "Aurus"u idarə etdiyi görüntülər yayıldı - VİDEO

Putinin zirehli "Aurus"u idarə etdiyi görüntülər yayıldı - VİDEO backend

Putin məktəb müəlliməsi Vera Qureviçi Moskvada Qələbə Günü şərəfinə keçirilən paradda iştirak etməyə və paytaxtda bir neçə gün qonaq olmağa dəvət edib.

Qaziler.az xəbər verir ki, "RİA Novosti" tərəfindən yayımlanan videoda Rusiya prezidentinin Qureviçin qaldığı otelin girişinə "Aurus" markalı avtomobilin sükanı arxasında gəldiyi görünür.

Moskva yollarında hərəkət etmək üçün Putin "Aurus Komendant" yolsuzluq avtomobilin zirehli versiyasını seçib. Pəncərə çərçivələrinin enli olması avtomobilin yüksək müdafiəyə malik olduğunu göstərir.

"Aurus Komendant" ofrouderi "Senat" sedanı ilə eyni aqreqatlarla təchiz olunub. Avtomobilin kapotu altında 9 pilləli avtomatik sürət qutusu ilə təmin edilmiş 4.4 litrlik mühərrik əsasında yığılmış hibrid güc qurğusu yerləşir. Avtomobil 598 at gücünə malikdir.

QAZİLER.AZ