7,5 bal gücündə zəlzələdən sonra Yaponiyada 156 mindən çox insan təxliyə edilməli olub.
Qaziler.az xəbər verir ki, bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, Hokkaydo, Aomori, İavate, Miyaqi və Fukuşima prefekturalarında təxliyə elan edilib.
Qeyd edək ki, Yaponiyanın Honsyu adasının şimalında yerləşən Aomori prefekturasında 7,5 bal gücündə zəlzələ baş verib. Yaponiyanın şimal-şərq sahillərinin sakinlərinə mümkün sunami barədə xəbərdarlıq edilib. Artıq ilk sunami dalğası Yaponiya sahillərini vurub.
QAZİLER.AZ



