Zəlzələdən sonra 40 santimetr ölçüsündə ilk sunami dalğası Yaponiya sahillərinə çatıb.
Qaziler.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Xəbərdə qeyd olunub ki, daha yüksək dalğaların da gələ bilmə ehtimalı var.
Qeyd edək ki, Yaponiyanın Tohoku bölgəsinin şərq sahillərində güclü zəlzələ baş verib. Seysmoloqlar əvvəlcə 7,4 bal gücündə zəlzələ olduğunu bildirsələr də, sonradan bu rəqəm 7,5-ə yüksəldilib. İvate, Aomori və Miyaqi prefekturalarının şimal-şərq sahilləri, eləcə də Hokkaydonun cənubu üçün üç metrə qədər sunami xəbərdarlığı edilib.
QAZİLER.AZ



