Rusiya Kubaya uçuşların hansı tarixdən dayandırılacağını açıqladı

Rusiya Kubaya uçuşların hansı tarixdən dayandırılacağını açıqladı backend

"Rossiya” Hava Yolları 24 fevraldan etibarən Kubaya hava səyahətlərini dayandıracaq.

Qaziler.az xəbər verir ki, bu barədə "Aeroflot" öz teleqram kanalında məlumat verib.

Aviaşirkət qeyd edib ki, Varadero və Havanadan Moskvaya uçuşlar 12, 14, 16, 17, 19 və 21 fevralda həyata keçiriləcək. Moskvadan Havanaya uçuş isə 15 fevrala planlaşdırılıb.

"24 fevraldan etibarən bu istiqamətlərə bütün sonrakı uçuşlar ləğv ediləcək", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Rusiya yanacaq qıtlığı ilə əlaqədar Kubaya uçuşları dayandıracağı barədə məlumat yayıb. 

QAZİLER.AZ