Yaponiyanın şimalında baş vermiş güclü zəlzələ nəticəsində zərərçəkənlərin sayı 35-ə çatıb.
Bu barədə "TBS" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, zərərçəkənlər haqqında informasiya Aomori, Hokkaydo və İvate prefekturalarındakı yerli idarələrin məlumatları əsasında verilir.



