Baş nazir Sanae Takaiçi təcili brifinq zamanı Yaponiyada baş verən güclü zəlzələdə yeddi nəfərin xəsarət aldığını açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
"Bu saata qədər yeddi nəfərin tələfatı barədə məlumatlar var və biz dəyən ziyan barədə məlumatları təsdiqləməyə davam edirik", - Yaponiya Nazirlər Kabinetinin rəhbəri bildirib.
Qeyd edək ki, dekabrın 8-də Yaponiyada 7,6 bal gücündə zəlzələ baş verib. Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, onun episentri Aomori prefekturasının şərqində, Sakit Okeanda, 50 kilometr dərinlikdə yerləşib.
Yaponiya Meteorologiya Agentliyi ölkənin şərq və şimal-şərq sahillərinə doğru təxminən üç metr hündürlükdə sunaminin hərəkət etdiyini bildirib. Hokkaydo, Aomori və İvate prefekturalarının sahil ərazilərinin sakinlərinə dərhal təhlükəsiz ərazilərə təxliyə olunmaları tövsiyə edilib.
QAZİLER.AZ



