Vuçiç ABŞ sanksiyalarının Serbiyaya təsirindən danışıb

Vuçiç ABŞ sanksiyalarının Serbiyaya təsirindən danışıb backend

“Qazprom Neft”in bir hissəsi olan Serbiyanın enerji şirkəti “Naftna Industrija Srbije” (NIS) şirkətinə qarşı ABŞ sanksiyalarının qüvvəyə minməsindən sonra Serbiya ağır nəticələrlə üzləşib.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Qazprom Neft”in törəmə şirkəti olan NIS 2025-ci ilin əvvəlində ABŞ-nin xüsusi təyin edilmiş vətəndaşlar və bloklanmış şəxslərin siyahısına daxil edilib. Bunun ardınca Serbiya prezidenti Aleksandar Vuçiç bəyan edib ki, ABŞ Rusiya kapitalının şirkətdən tamamilə çıxarılmasını tələb edir. NIS səhmlərinin 56,14%-i Rusiyanın “Qazprom” və “Qazprom Neft” şirkətlərinə məxsusdur.

Vuçiç daha əvvəl bildirib ki, Serbiya hakimiyyəti NIS-in taleyini Rusiya nümayəndələri ilə müzakirə edəcək, ABŞ-la yox!

QAZİLER.AZ