"Türkiyə Osmanlı İmperiyasını bərpa etmək istəyir" - Aleksandr Vuçiç

"Türkiyə Osmanlı İmperiyasını bərpa etmək istəyir" - Aleksandr Vuçiç backend

Türkiyə minlərlə “Skydagger” kamikadze pilotsuz təyyarəsini tanınmamış Kosovo respublikasına köçürməklə BMT Nizamnaməsini pozur.

Qaziler.az xəbər verir ki, bu sözləri Serbiya prezidenti Aleksandar Vuçiç sosial şəbəkədəki səhifəsində yazıb.

"Türkiyənin davranışından və BMT Nizamnaməsinin və BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin kobud şəkildə pozulmasından, eləcə də Priştina hakimiyyətinin davamlı silahlanmasından dəhşətə gəlirəm. İndi tam olaraq aydındır ki, Türkiyə Osmanlı İmperiyasını bərpa etmək arzusundadır", - Serbiya lideri bildirib.

Oktyabrın 8-də Kosovonun Baş naziri Albin Kurtin türk pilotsuz təyyarələrini aldığını açıqlayıb. Onların tədarükü əvvəlcə gələn ilin yanvarına planlaşdırılsa da, daha tez başa çatdırılıb.

QAZİLER.AZ