Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Missiyası “Taliban”ı bütün ölkə ərazisində internetə çıxışı bərpa etməyə çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Təşkilat bəyan edib ki, internet məhdudiyyətləri ifadə azadlığını və məlumat hüququnu daha da sarsıdır. Missiya əlavə edib ki, təbii fəlakətlər zamanı telekommunikasiya da mühüm əhəmiyyət kəsb edir – Əfqanıstan bu yaxınlarda şərqdə güclü zəlzələlərə məruz qalıb və qonşu ölkələrdən kütləvi köçkünlərlə mübarizə aparır.
Qeyd edək ki, sentyabrın 29-da bütün Əfqanıstan ərazisində internet xidmətinin tamamilə dayandırıldığı bildirilib.
QAZİLER.AZ