Əfqanıstanda internet tamamilə kəsilib

Əfqanıstanda internet tamamilə kəsilib backend

Əfqanıstanda internet bağlantısı tamamilə kəsilib.

Qaziler.az xəbər verir ki, bu haqda “NetBlocks” beynəlxalq internet monitorinq xidməti məlumatı yayıb.

"Taliban” hakimiyyəti əxlaq normalarını qorumaq üçün atdığı addımlar çərçivəsində hazırda Əfqanıstanda internet tam kəsilmək üzrədir”, - hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, sentyabrın 29-da səhər saatlarında bir neçə şəbəkədə mərhələli fasilə müşahidə olunub. Hazırda monitorinq xidmətinin məlumatına görə, telefon rabitəsində də fasilələr qeydə alınıb.

Qeyd edək ki, sentyabrın 18-də Əfqanıstanın 34 əyalətindən 11-də genişzolaqlı internet bağlanıb. Əfqan lideri Heybətullah Axundzadə “əxlaqsızlıqla” mübarizə çərçivəsində bu əmri verib. Mənbələr bildiriblər ki, o, yalnız dövlət qurumları və diplomatik nümayəndəlikləri internetə çıxışla təmin etmək üçün yeni şirkətin yaradılmasına göstəriş verib.

QAZİLER.AZ