Nepalda keçmiş məmurun xanımı etirazçıların hücumundan sonra ölüb

Nepalda keçmiş məmurun xanımı etirazçıların hücumundan sonra ölüb backend

Nepalın keçmiş Baş naziri Şer Bahadur Deubanın həyat yoldaşı, xarici işlər naziri Arzu Rana Deuba nümayişçilərin hücumuna məruz qalaraq dünyasını dəyişib.

Qaziler.az bu barədə TASS istinadla məlumat verir.

Sentyabrın 9-da etirazçılar Şer Bahadur Deubanı və onun həyat yoldaşı, xarici işlər naziri Arzu Rana Deubanı döyüblər.

Sentyabrın 9-da etirazçılar Nepalın Katmanduda parlament binası qarşısında toplaşaraq hökumətin istefasını tələb ediblər. Etirazçılar Nepal prezidentinin iqamətgahına soxularaq onu yandırıblar. Baş nazir Şarma Olinin Balkot şəhərindəki şəxsi iqamətgahı ilə yanaşı, nazirlərin və siyasətçilərin bir neçə iqamətgahına da ziyan dəyib.

Qeyd edək ki, Nepalda kütləvi etirazlara səbəb hakimiyyətin qeydiyyatdan keçməmiş sosial şəbəkə və messencerlərin fəaliyyətini məhdudlaşdırmaq qərarı olub. Ölkədə “YouTube”, “X” sosial şəbəkəsi, həmçinin “Facebook” və “Instagram” bloklanıb.