Nepalın keçmiş Baş naziri Şer Bahadur Deuba və onun həyat yoldaşı, hazırkı xarici işlər naziri Arzu Rana Deuba ölkənin paytaxtında keçirilən kütləvi etirazlar zamanı döyülüblər.
Qaziler.az xəbər verir ki, bu barədə “İndia Today” məlumat yayıb.
Telekanalın məlumatına görə, siyasətçilər nümayişçilərin əlindən zərər görüblər.
Kütləvi etirazlara səbəb hakimiyyətin qeydiyyatdan keçməmiş sosial şəbəkə və messencerlərin fəaliyyətini məhdudlaşdırmaq qərarı olub. Ölkədə “YouTube”, “X” sosial şəbəkəsi, həmçinin “Facebook” və “Instagram” bloklanıb.
QAZİLER.AZ