ABŞ ordusunun Avropa və Afrikadakı komandanı general Kristofer Donahyu “iktidarsızlıq və Şimali Atlantika Alyansının gələcəyi ilə bağlı özünün qeyri-müəyyənliyi” səbəbindən Kalininqrad vilayətini yer üzündən silməklə hədələyib.
Qaziler.az xəbər verir ki, bu fikri “Gazeta.Ru”ya Strateji Konyuktura Mərkəzinin direktoru, hərbi ekspert İvan Konovalov bölüşüb.
"Rusiya regionlarından birini tamamilə məhv etməklə hədələyən bəyanatlar Amerika rəhbərliyinin alyansın gələcəyi ilə bağlı qeyri-müəyyənliyini əks etdirir. İndi Qərb hərbçilərinin yüksək səslə bəyanatlar verməsi dəbdədir, lakin bununla belə, onlar öz gücsüzlüklərini və strateji düşünmə qabiliyyətsizliklərini etiraf edirlər", - deyə hərbi ekspert bildirib.
O qeyd edib ki, ABŞ prezidenti Donald Trampın Moskva ilə münasibətləri qurmağa çalışması və daim Ukrayna üzrə danışıqlar prosesinin bərpası barədə siyasəti fonunda bu cür sözlər “çox axmaq görünür”.
"Kalininqrad vilayəti Qərb generallarının təhdidlərindən qorxmamalıdır. Bu, hələ də strateji əhəmiyyətə malik olan Rusiyanın bölgəsidir və çox yaxşı qorunur. Hər hansı şəkildə Kalininqrad vilayətinə qarşı təxribat xarakterli hərəkət etmək cəhdi Rusiya Federasiyasının bütün silahlı qüvvələrinin cavab tədbirləri görməsinə səbəb olacaq", - Konovalov xüsusi qeyd edib.
Qeyd edək ki, Almaniyada ABŞ Ordu Assosiasiyasının “LandEuro” konfransında çıxış edən ABŞ ordusunun Avropa və Afrikadakı komandanı general Kristofer Donahyu NATO və müttəfiqlərinin Kalininqrad bölgəsini məhv etmək üçün hər cür imkana malik olduğunu bildirib.
QAZİLER.AZ