NATO Kalininqrad vilayətini yer üzündən silməklə HƏDƏLƏYİB

NATO Kalininqrad vilayətini yer üzündən silməklə  HƏDƏLƏYİB backend

ABŞ-nin Avropa və Afrikadakı ordusunun komandanı, general Kristofer Donahyu bildirib ki, NATO Kalininqrad vilayətini planetdən tamamilə silə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə “Defence News” onun sözlərini sitat gətirib. Onun sözlərinə görə, hərbi blokun regionu məhv etmək üçün kifayət qədər potensialı var.

Almaniyanın Visbaden şəhərində ABŞ Ordu Birliyinin "LandEuro" konfransında çıxış edən Donahyu Alyansın Şərq Cinahının qarşısının alınması xətti strategiyasını (Eastern Flank Deterrence Line) həyata keçirmək planlarından danışıb: "Bu, hərbi-sənaye əməkdaşlığının gücləndirilməsinə və NATO ölkələrinin imkanlarının artırılmasına yönəlib. “Rusiya təhlükəsi”nə qarşı çıxmaq üçün blokun iştirakçıları birgə məlumat bazaları, raket buraxılış qurğuları və bulud texnologiyaları üçün vahid standartlar hazırlamaq niyyətindədirlər".

General vurğulayıb ki, Kalininqrad vilayəti NATO ölkələri ilə əhatə olunub və Alyans hazır plan sayəsində onu ən qısa zamanda məhv etməyə qadirdir. Donahyu onu da qeyd edib ki, strategiyada “Palantir” şirkətinin “Maven Smart System” süni intellekt platformasından istifadə edilir ki, bu da böyük həcmli məlumatların sürətli emalına və informasiyanın təhlilinə imkan verir.

QAZİLER.AZ