Hollandiya ilə yanaşı, Belçika və Lüksemburqda da “Haribo” jelibomlarında kannabis (çətənə) tapılıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Telegraaf” məlumat yayıb.
“Haribo” şirniyyatlarının istehsalçısı Belçika və Lüksemburqdakı müştəriləri jelibomları yeməməyə və onları şirkətə qaytarmağa çağırıb. Məlum olub ki, Hollandiyada narkotik vasitənin aşkarlandığı həmin partiyadan olan bağlamalar bu ölkələrdə də satılıb.
Qeyd olunur ki, hazırda istifadə müddəti 2026-cı ilin yanvar ayına qədər planlaşdırılan L341-4002307906 istehsal kodu ilə “Haribo Happy Cola F!ZZ” jelibomlarının kiloqramlıq bağlamalarına narkotik vasitənin necə düşdüyü məlum deyil.
Qeyd edək ki, ilk olaraq Niderlandda Almaniyanın “Haribo” şirkətinin çeynəmə konfetlərinin tərkibində kannabis tapılmışdı.
QAZİLER.AZ