Niderlandda Almaniyanın “Haribo” şirkətinin çeynəmə konfetlərində çətənə tapılıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə HLN nəşri məlumat verib.
Nəşr qeyd edir ki, çətənə yararlılıq müddəti 2026-cı ilin yanvarına kimi olan “Happy Cola F!ZZ” konfetlərinin kiloqramlıq paketlərində aşkarlanıb. Jelibomların içində narkotik tərkibin necə peyda olması məlum deyil. Bu şirniyyatı yeyən böyük və uşaqlardan bir neçə nəfər özlərini pis hiss etməyə başlayandan sonra sözügedən fakt aşkarlanıb.
HLN-nin məlumatına görə, “Haribo” dövriyyədə olan məhsulların başgicəllənmə kimi sağlamlıq problemlərinə səbəb ola biləcəyini vurğulayıb.
“Niderlandın Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi Təşkilatı “Haribo” ilə əlaqə saxlayıb və məsələ ilə bağlı xəbərdarlıq göndərib”, - "Hart van Nederland" qeyd edib.
Narkotik vasitə ilə qarışdırılmış jelibomların miqdarı hələlik məlum deyil. Polis araşdırma aparır.
QAZİLER.AZ