ABŞ prezidenti Donald Tramp Papa Fransisklə vida mərasimində iştirak etmək üçün Vatikana səfər etməyi planlaşdırır.
Qaziler.az xəbər verir ki, bu barədə “The New York Post” Ağ Ev rəhbərinin iş qrafiki ilə tanış olan mənbələrə istinadən məlumat yayıb. Tədbirin 25-27 aprel tarixləri arasında Müqəddəs Pyotr Bazilikasında baş tutacağı gözlənilir.
Nəşrin məlumatına görə, aprelin 21-də vəfat edən pontifikin dəfn mərasimi Böyük Məryəm ana kilsəsində (Santa Maria Maggiore) keçirilə bilər. O, 12 il Katolik Kilsəsini idarə edib və 89 yaşında ölüb.
QAZİLER.AZ