Roma Papası Fransisk komaya və ürəyinin dayanmasına səbəb olan insultdan vəfat edib.
Qaziler.az bu barədə TASS-a istinadən xəbər verir.
Pontifik 89 yaşında dünyasını dəyişib. Onun dinc, əziyyət çəkmədən dünyasını dəyişdiyi bildirilir.
"O, 21.04.2025-ci il tarixində səhər saat 7:35-də Sent-Marta (Vatikan) şəhərindəki mənzilində serebral insultdan, koma və geri dönməz ürək-damar çatışmazlığı səbəbindən vəfat etmişdir. Bundan əvvəl ikitərəfli multimikrob pnevmoniya, çoxsaylı bronxoektaz və yüksək qan təzyiqi ilə kəskin tənəffüs çatışmazlığı halları baş verib”, - açıqlamada qeyd olunub.
QAZİLER.AZ