Ukrayna lideri Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla kameraların qarşısında baş verən mübahisədən sonra “X” sosial şəbəkəsində yazı dərc edib.
Qaziler.az xəbər verir ki, Ukrayna lideri həm ingilis, həm də Ukrayna dilində paylaşdığı postunda ABŞ-yə göstərdiyi dəstəyə görə təşəkkür edib:
“Amerikaya təşəkkür edirəm, dəstəyinə görə təşəkkür edirəm. Konqresə və Amerika xalqına təşəkkür edirəm. Ukraynaya ədalətli və dayanıqlı sülh lazımdır və biz məhz bunun üçün çalışırıq”, - Zelenski paylaşımında yazıb.
QAZİLER.AZ
