Zelenski ilə Tramp kameraların qarşısında mübahisə edib - VİDEO

Zelenski ilə Tramp kameraların qarşısında mübahisə edib - VİDEO backend

Ukrayna prezidenti Volodimir Zelenski ilə Amerika lideri Donald Tramp arasında Ağ Evin Oval kabinetində görüş zamanı baş verən mübahisə videoya çəkilib.

Qaziler.az xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.

Mübahisə zamanı Ukrayna lideri amerikalı həmkarını Rusiyaya qarşı daha diqqətli olmağa çağırıb. Tramp isə onu hörmətsizlikdə ittiham edib. Söhbət sözbəsöz münaqişəyə çevrilib.

Tramp Zelenskiyə “Axmaq prezident” deyib.

"Reuters"in məlumatına görə, hər iki ölkənin lideri Vaşinqtonun Ukraynanın mədən sənayesində iştirakı ilə bağlı sazişi təsdiqləməli olduqları tədbirdən əvvəl Oval kabinetdə görüşüblər. Bununla belə, Ukrayna prezidenti Trampı Rusiyaya daha yumşaq yanaşmasına görə açıq şəkildə tənqid edib. Ağ Evin sahibi də öz növbəsində Zelenskini Amerika dövlətinə hörmətsizlik etdiyinə görə qınayıb.

QAZİLER.AZ

Diaspora