Ukrayna ilə ABŞ arasında nadir torpaq metalları ilə bağlı SAZİŞ LƏĞV EDİLDİ

Ukrayna ilə ABŞ arasında nadir torpaq metalları ilə bağlı  SAZİŞ LƏĞV EDİLDİ backend

Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp nadir torpaq metalları ilə bağlı sazişin imzalanması üçün razılığa gələ bilməyiblər.

Qaziler.az xəbər verir ki, bu barədə “Fox News”un jurnalisti Ceki Henrix “X” sosial şəbəkəsində məlumat verib.

Telekanalın məlumatına görə, Ukrayna lideri amerikalı həmkarı ilə şifahi mübahisə edib və Tramp Zelenskinin getməsini tələb edib. Beləliklə, mineral resurslarla bağlı saziş ləğv olunub.

“Ağ Ev mətbuat konfransının ləğv edildiyini təsdiqləyir. Sövdələşmənin imzalanması ləğv edildi", - jurnalist qeyd edib.

Efirdə “Fox News” jurnalistləri deyiblər ki, “Tramp Zelenskidən getməsini xahiş edib”.

Qeyd edək ki, fevralın 28-də Ağ Evdə keçirilən görüş zamanı Zelenski ilə ABŞ prezidenti Donald Tramp canlı efirdə jurnalistlərin gözü qarşısında qızğın mübahisə edib.

QAZİLER.AZ

Diaspora