Tacikistanın Baş müftisinə edilən hücumun səbəbi açıqlanıb

Tacikistanın Baş müftisinə edilən hücumun səbəbi açıqlanıb backend

Saxlanılan şəxs Tacikistan Üləmalar Şurasının sədri (Baş müfti) Səidmukarram Abdulkodirzodaya xuliqanlıq məqsədilə bıçaqla hücum edib.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə Tacikistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə yerli vaxtla saat 17:20-də Düşənbənin mərkəzi məscidinin yaxınlığında baş verib.

“Vətəndaş xuliqanlıq məqsədi ilə namazdan sonra... deşici alətlə vurub”, - məlumatda deyilir.

Müfti yüngül xəsarətlər alıb və tibbi müdaxilədən sonra evə buraxılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsi saxlayıb, ona qarşı cinayət işi açılıb.

QAZİLER.AZ

Diaspora