Tacikistanın Baş müftisinə namaz vaxtı soyuq silahla hücum edilib

Tacikistanın Baş müftisinə namaz vaxtı soyuq silahla  hücum edilib backend

Tacikistanın Üləmalar Şurasının sədri və Baş müftisi Səidmukərram Abdukodirzoda Düşənbənin mərkəzi məscidinə hücum nəticəsində yaralanıb.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, hadisə haqda Tacikistanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

“Sentyabrın 11-i axşam namazı başa çatdıqdan sonra Düşənbə şəhərinin mərkəzi məscidində bir vətəndaş xuliqanlıq niyyəti ilə Tacikistan üləmasının sədri Səidmukərram Abdulkodirzodun bədəninə deşici alətlə xəsarət yetirib”, - açıqlamada qeyd olunub.

Həkimlər ona ilkin tibbi yardım göstərdikdən sonra din xadimi evə buraxılıb. Aldığı xəsarətin yüngül olduğu məlum olub. Cinayətkar məscidin yaxınlığında növbətçi olan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal yaxalanıb.

QAZİLER.AZ

Diaspora