Kanslerin xilafətə çağırış edən islamçılara reaksiyası

Kanslerin xilafətə çağırış edən islamçılara  reaksiyası backend

Almaniya hökuməti aprelin 27-də Almaniyada xilafət yaradılmasına çağırış edən islamçı radikalların nümayişini pisləyib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, Almaniya kansleri Olaf Şolz Monteneqronun baş naziri Miloyko Spaiçlə birgə mətbuat konfransında bunları deyib:

“Aydındır ki, islamçı fəaliyyətlə əlaqəli hər şeyə bizim hüquqi dövlətimizin imkanları vasitəsilə qarşı çıxmaq lazımdır”.

Almaniya hökumət başçısı həmçinin aksiya ilə bağlı hansı nəticələrin çıxarılmalı olduğunu diqqətlə öyrənməyə çağırıb.

Qeyd edək ki,  aprelin 27-də Hamburqda mindən çox radikal aksiya keçirərək, Almaniyada xilafətin yaradılmasını tələb ediblər.  

QAZİLER.AZ

Diaspora