Almaniyanın Hamburq şəhərində islamçılar xilafət yaratmaq tələbi ilə kütləvi aksiya keçiriblər. Nümayişdə mindən çox insan iştirak edib.
Qaziler.az xəbər verir ki, məlumatı “Bild” nəşri yayıb.
Mitinqi sosial şəbəkələrdə minlərlə izləyicisi olan 25 yaşlı tələbə Adade Boaten təşkil edib. Gənc Qərbin və İsrailin siyasətinə fəal şəkildə qarşı çıxıb.
Şəhər polisi bildirib ki, nümayişçilərin iğtişaş törətmə ehtimalı olmadığı üçün nümayişə icazə verilib. Polis nümayəndəsi qeyd edib ki, şübhələr aksiyanı qadağan etmək üçün kifayət etməyib.
QAZİLER.AZ