Rusiya paytaxtının İrkutska köçürülməsi ideyasına Kremlin CAVABI

Rusiya paytaxtının İrkutska köçürülməsi ideyasına  Kremlin CAVABI backend

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, o, Rusiya paytaxtının Uzaq Şərqə yaxın olan İrkutska köçürülməsi ideyasını mümkün hesab etmir.

Qaziler.az bu barədə TASS-a istinadla bildirir.

"Mən bu təşəbbüsün həyata keçirilə biləcəyini düşünmürəm", - Peskov deyib.

Ötən gün Yakutiyadan olan tarix elmləri namizədi Afanasi Nikolayev Rusiya prezidenti Vladimir Putinə açıq məktub göndərərək, paytaxtın Moskvadan İrkutska köçürülməsini təklif edib.

Tarixçinin açıq məktubu yerli mətbuatda dərc olunub. Nikolayev paytaxtın Uzaq Şərqə yaxınlaşdırılmasını Putinin prezident seçkiləri proqramının bəndlərindən birinə çevirməyi təklif edib.

İrkutsk bir tərəfdən Rusiyanın coğrafi mərkəzi Novosibirskə yaxındır, digər tərəfdən isə Yer planetinin ən böyük şirin su mənbəyi olan Baykal gölünə yaxındır”, - deyə tarixçi öz təklifini bu cür izah edib.

QAZİLER.AZ

Diaspora