Putinə paytaxtın İrkutska köçürülməsi təklif edildi

Putinə paytaxtın İrkutska köçürülməsi təklif edildi backend

Yakut tarixçisi, tarix elmləri namizədi Afanasi Nikolayev Rusiya prezidenti Vladimir Putinə açıq məktub göndərərək, ölkə paytaxtının Moskvadan köçürülməsini təklif edib.

Qaziler.az bildirir ki, məktubu “Sakhalife” nəşr edib.

Alimin fikrincə, Rusiya Federasiyasının paytaxtı İrkutska köçürülməlidir. Onun sözlərinə görə, bu, Rusiya Federasiyasının Avropa və Asiya hissələrinin tarazlı inkişafını, ölkənin hərbi-siyasi rəhbərliyinin təhlükəsizliyini təmin edəcək, Asiyaya yaxınlaşaraq dövlətin sosial-iqtisadi inkişafını sürətləndirəcək.

O, həmçinin qeyd edib ki, İrkutsk Rusiyanın Sibir, Uzaq Şərq və Rusiya Amerikasını kəşf etdiyi dövrdə təkcə Sibirin inzibati mərkəzi deyil, həm də əfsanəvi tarixdən əvvəlki Tartariyanın mərkəzlərindən biri olub.

QAZİLER.AZ

Diaspora