Mahmud Abbasın maşın karvanına hücum xəbəri təkzib edildi

Mahmud Abbasın maşın karvanına hücum xəbəri  təkzib edildi backend

Fələstin prezidenti Mahmud Abbasın korteji atəşə tutulmayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Fələstinin Prezident Administrasiyasındakı mənbə bildirib. Mənbənin məlumatına görə, Mahmud Abbas hazırda Ramallahdakı ofisindədir.

Çəkiliş videosu təhlükəsizlik qüvvələri ilə Cəlazun qaçqın düşərgəsində cinayət işi üzrə axtarışda olanlardan biri arasında baş verən qarşıdurma ilə əlaqələndirilib.

“Yox bu doğru xəbər deyil. Mahmud Abbasın maşın karvanında atışma olmayıb”, - mənbə bildirib.

Qeyd edək ki, Türkiyənin "Hürriyet" nəşri Fələstin prezidenti Mahmud Abbasın kortejinin hücuma məruz qaldığını və bir mühafizəçinin öldürüldüyü xəbərini yaymışdı.

QAZİLER.AZ

Diaspora