Fələstin prezidenti Mahmud Abbasın karvanı hücuma məruz qalıb.
Qaziler.az xəbər verir ki, “Zvezdanews” kanalında hücum anını əks etdirən videolar yayılıb.
Türkiyənin “Hürriyyət” nəşrinin məlumatına görə, hücuma görə məsuliyyəti “Əbu Cəndelin Uşaqları” adlı qrup öz üzərinə götürüb.
Hücum zamanı Abbasın mühafizəçisi olduğu güman edilən bir nəfər güllələnib.
Qəzet qeyd edir ki, bir gün əvvəl “Əbu Cəndəlin uşaqları” Abbasa 24 saatlıq ultimatum təqdim edib və bu ultimatumda qrup Qəzza zolağına qarşı addımların atılmasını və İsrailə qarşı tədbir görülməsini tələb edib.
QAZİLER.AZ