Ərdoğandan "Taxıl sazişi" nin uzadılması ilə bağlı AÇIQLAMA

Ərdoğandan "Taxıl sazişi" nin uzadılması ilə bağlı  AÇIQLAMA backend

“Geridə qoyduğumuz 4 aylıq müddətdə 500-ə yaxın gəmi ilə 11 milyon tondan çox taxıl qida ehtiyacı olanlara çatdırılıb. Bu, sözügedən razılığın dünyanın qida təminatı və təhlükəsizliyində nə qədər önəmli və faydalı olduğunu göstərir”.

Qaziler.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

O, sazişin müddətinin uzadılmasına görə BMT-nin Baş katibi Antonio Quterreşə, Rusiya Prezidenti Vladimir Putinə və Ukrayna Prezidenti Volodimir Zelenskiyə təşəkkür edib: “Bu işdə zəhməti olan hər kəsi təbrik edirəm”.

Qeyd edək ki, noyabrın 17-də “Taxıl sazişi”nin müddətinin daha 120 gün müddətinə uzadılması barədə razılıq əldə olunub.

Diaspora