“Taxıl sazişi”nin müddəti uzadıldı

“Taxıl sazişi”nin müddəti uzadıldı backend

Ukrayna Prezidenti Volodimir Zelenski “Taxıl sazişi”nin 120 gün müddətinə uzadılmasını təsdiqləyib.

Qaziler.az Ukrayna KİV-lərinə istinadla bildirir ki, bu barədə Zelenski tvitter hesabında paylaşıb.

“ "Taxıl sazişi"nin müddəti 120 gün uzadıldı. Ukrayna BMT-nin Baş katibi Antonio Quterreş və Türkiyə Prezidenti Ərdoğanla birlikdə ərzaq böhranı ilə bağlı qlobal mübarizə haqda qərar qəbul edib. Biz tərəfdaşlarımız BTM və Türkiyə rəsmilərindən də açıqlama gözləyirik”, - deyə Zelenski yazıb.

Qeyd edək ki, Türkiyə rəsmiləri hələlik məlumatı rəsmi təsdiqləməyiblər.

Xatırladaq ki, “Taxıl sazişi”nin vaxtı noyabrın 19-da başa çatır.

QAZİLER.AZ